Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək
sosial

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

22-05-2025 19:00 22 Baxış
IMG

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

 

O bildirib ki, təlimlər mayın 26-da Konyada başlayacaq və dörd gün davam edəcək.

 

Hazırlıqlar Konya şəhərində baş tutacaq.

 

Xatırladaq ki, mayın 14-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb. Mayın 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.