Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sabirabadda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb
hadisə

Sabirabadda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

22-05-2025 20:00 20 Baxış
IMG

Sabirabadda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

 

Tvit.az-ın Report-a istinadın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb.

 

İki minik avtomobilinin toqquşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 1 nəfər ölüb, iki nəfər yaralanıb.

 

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.