Sabirabadda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Tvit.az-ın Report-a istinadın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 1 nəfər ölüb, iki nəfər yaralanıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.