Əlcəzair BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq üzrə yeni qətnamə layihəsi hazırlayıb.
Tvit.az xarici mediaya istinadla xəbər verir ki, qətnamədə Qəzza sektoruna humanitar yardımın verilməsi ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması tələbi yer alıb.
"Qətnamə layihəsində nə HƏMAS-dan, nə də onun iştirakı ilə 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən terror aktından bəhs edilmədən Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması, məhbusların azad edilməsi və İsrail qoşunlarının Qəzzadan tam çıxarılması tələb olunur", - deyə bəyanatda vurğulanıb.
Sənədlə bağlı səsvermə mayın 28-də keçiriləcək.
Aysel Şirinova