Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp Harvarda xarici tələbə qəbulunu DAYANDIRDI
dünya

Tramp Harvarda xarici tələbə qəbulunu DAYANDIRDI

22-05-2025 22:00 35 Baxış
IMG

ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu icazəsini dayandırıb.

Tvit.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Məlumata əsasən, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noemin bununla bağlı universitetə məktub göndərib:
"Sizə Harvard Universitetinin Beynəlxalq Tələbə və Akademik Mübadilə Proqramının lisenziyasının ləğv edildiyini bildirirəm".
Qərarın Harvardda son aylarda aparılan araşdırmanın bir hissəsi olduğunu bildirib.
 
Aysel Şirinova