Türkiyənin tanınmış aktyorları Halit Ergenç ilə Rıza Kocaoğlu barəsində məhkəmə qərarı verilib.
Halit Ergenc 1 il 10 ay 15 gün, Rıza Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar “Gəzi parkı” hadisələri ilə əlaqədar cəzalandırılıblar.
Qeyd edək ki, Halit Ergenç "Muhteşem yüzyıl" serialında "Sultan Süleyman" obrazını canlandırıb. O, "Min bir gece" və "Babil" kimi nüfuzlu seriallarda əsas rolları ifa edib.
Rıza Kocaoğlu isə "Kuzey Güney", "Karadayı" və "Ezel" kimi ekran işlərində rol alıb.