Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiyanın İnterpol vasitəsi ilə axtadığı azərbaycanlı şəxs SAXLANILDI
dünya

Rusiyanın İnterpol vasitəsi ilə axtadığı azərbaycanlı şəxs SAXLANILDI

23-05-2025 22:00 18 Baxış
IMG

Çernoqoriya sərhəd polisi əməkdaşları Rusiyanın sorğusu əsasında İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını Podqoritsa Beynəlxalq Hava Limanında saxlayıb.

Tvit.az xəbər verir ki, bu barədə ölkənin Polis Departamenti məlumat yayıb.

“Moskva İnterpolunun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş, 35 yaşlı Azərbaycan vətəndaşı G.T. saxlanılıb. O, Stavropol diyarının Pyatiqorsk şəhər məhkəməsində aparılan cinayət işi üzrə iştirakını təmin etmək məqsədilə axtarılır. G.T. külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinir və bu əməlin cəzası 10 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnə bilər,” – deyə polis İdarəsi bildirib.

Aysel Şirinova