Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Estoniya bu ölkələr ilə ÜDM artırmaq razılığına gəldi
dünya

Estoniya bu ölkələr ilə ÜDM artırmaq razılığına gəldi

23-05-2025 23:00 18 Baxış
IMG

Estoniya Litva və Latviya ilə birgə hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaq barədə razılığa gəlib.

Tvit.az xəbər verir ki, Estoniya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur Estoniyanın Amaridəki aviabazasında görüş zamanı digər Baltikyanı ölkələrdən olan həmkarları ilə bu mövzunu müzakirə edib.

"2026-2029-cu illər ərzində Estoniyanın müdafiəyə illik töhfəsi təqribən 5,4% təşkil edəcək. Latviya və Litva ilə birlikdə biz hesab edirik ki, hazırkı təhlükəsizlik şəraitində NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq lazımdır", - o deyib.
 
Aysel Şirinova