Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ Ukraynada sülhə nail olmaq səylərini sabotaj edir - Dmitri
dünya

Aİ Ukraynada sülhə nail olmaq səylərini sabotaj edir - Dmitri

27-05-2025 22:00 54 Baxış
IMG

Avropa ölkələri Rusiya, ABŞ, Türkiyə və digər dövlətlərin Ukraynada sülhün əldə olunması üçün göstərdiyi səyləri sabotaj edirlər.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “Zvezda” telekanalının efirində bildirib.

BMT Təhlükəsizlik Şurasında Ukrayna mövzusunda Avropanın Kiyevə dəstək verən sponsorlarının və Rusiyanın sorğusu əsasında keçiriləcək iclasları şərh edən Dmitri Polyanski əmin olduğunu bildirib ki, avropalılar diqqəti dron və raket zərbələrinə yönəldəcək, Rusiyanın ərazisinə endirilən hücumlar isə qəsdən görməzlikdən gələcək.

"O, Ukraynada sülhə nail olmaq üçün Rusiya, ABŞ, Türkiyə və bir sıra digər ölkələrin göstərdiyi səylərin Avropa ölkələri tərəfindən sabotaj edilməsinin bir hissəsidir. Məhz bu səylərin qarşısını almaq üçün biz bu iclası çağırdıq. Orada tamam fərqli bir yanaşma olacaq. Biz Kiyev rejiminin Avropalı sponsorlarının sülh yoluyla nizamlama prosesini pozmağa yönəlmiş bütün addımlarını ətraflı şəkildə açıqlayacağıq", – deyə diplomat vurğulayıb.

Aysel