Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nazirlik qar uçqunu ilə bağlı xəbərdarlıq etdi
sosial

Nazirlik qar uçqunu ilə bağlı xəbərdarlıq etdi

29-05-2025 17:00 29 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyi qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.

"Tvit.az" nazirliyə istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir:

Temperaturun yüksəlməsi fonunda iyunun 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.