Rusiya Prezidenti Vladimir Putinin çoxuşaqlı ailələrlə görüşdə gümrah qalması ilə bağlı sualı cavablandırması maraqla qarşılanıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata əsasən, gənc qadın Putinə “belə yaxşı formada qalmaq üçün nə edirsiniz?”, - deyə sual ünvanlayıb.
Putin isə bunu idmanla məşğul olmaq və gündəlik rejimin düzgün olması - daimi hərəkət ilə əlaqələndirib.
“Ən vacibi – insanın daxilində mühüm hədəflərinin, məqsədlərinin olması və qarşısına qoyduğu məqsədlərə çatmağa, qarşıya çıxan vəzifələri həll etməyə çalışmasıdır. Və bu məqsədlər nə qədər böyükdürsə, bir o qədər yaxşıdır”, – deyə Putin qeyd edib.
Aysel Şiirnova