Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qazaxıstan Rusiyanı strateji tərəfdaş kimi görür - Tokayev
dünya

Qazaxıstan Rusiyanı strateji tərəfdaş kimi görür - Tokayev

29-05-2025 21:00 22 Baxış
IMG

Qazaxıstan Rusiyanı strateji tərəfdaş kimi görür.

Tvit.az xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

O, bu tərəfdaşlıq çərçivəsində neft nəqli üçün Xəzər Boru Kəməri Konsorsiumuna (KBK) ümid etdiyini bildirib.

“Unutmamalıyıq ki, Rusiya Qazaxıstanın strateji tərəfdaşı, birbaşa qonşusu və müttəfiqidir. Bizim Rusiya ilə aramızda dünyanın ən uzun sərhədi mövcuddur. Bundan əlavə, biz Rusiyaya strateji tərəfdaşımız kimi ümid bəsləyirik, xüsusilə də KBK-ya etibar edirik,” – deyə Tokayev qeyd edib.

O həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında Xəzər boru kəməri ilə bağlı məsələləri müzakirə edib.

Aysel Şirinova