Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Əfqanıstan və Pakistan arasında toqquşma başlayıb
dünya

Əfqanıstan və Pakistan arasında toqquşma başlayıb

29-05-2025 21:00 37 Baxış
IMG

Əfqanıstan ilə Pakistan arasında Həlmənd vilayətinin mübahisəli sərhəd bölgəsi olan Bəhramça ərazisində silahlı toqquşmalar başlayıb.

Tvit.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" agentliyi məlumat yayıb.

“Pakistan tərəfində yeni sərhəd nəzarət-keçid məntəqələrinin inşası fonunda toqquşmalar baş verib,” – deyə bildirilib.

Bundan əvvəl Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyat çərçivəsində Adampur aviabazasının məhv edildiyi açıqlanıb.

Aysel Şirinova