Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüş keçirib.
Tvit.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“O, bu gün Kremldə Moskvada səfərdə olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüş keçirdi,” – deyə Peskov bildirib.
Ətraflı məlumat verilməyib.
Aysel Şirinova