Çin avtomobilləri Avropa İttifaqı bazarında rekord paya sahib olub.
Tvit.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata əsaəsn, aprel ayında Çin istehsalçıları Aİ bazarının 8,9 faizini təşkil edib ki, bu da iyul 2024-cü ildən bəri ən yüksək göstəricidir. Çin istehsalı olan hibrid modellər və daxili yanma mühərrikli avtomobillər də populyarlıq qazanıb.
Xatırladaq ki, Avropada noyabr ayında qüvvəyə minmiş gömrük rüsumlarına baxmayaraq satışlar artmaqda davam edib ki, bu rüsumlar əvvəlcə Çin markalarının ekspansiyasını ləngidib, lakin son zamanlar onlar yeni bazar şərtlərinə uğurla uyğunlaşmağı bacarıblar.
Aysel Şirinova