Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər
sosial

Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər

30-05-2025 17:00 36 Baxış
IMG

Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər.

"Tvit.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

Onun sözlərinə görə, Qarabağa qayıdan seçicilərin qeydiyyatı ilə bağlı heç bir problem olmamasına çalışmaq lazımdır:

"Seçki məntəqələri ilə bağlı daimi ünvan verilməsi nəzarətdə saxlanmalıdır. Qarabağa köçən sakinlərin sayı siyahıda səhvlik etməyimizə əsas vermir. Biz azad olunmuş ərazilərə köçən şəxslərin adınən həm buradakı, həm də oradakı siyahıda olmamasına çalışmalıyıq. Çünki həmin ərazilərdə seçki məntəqələrini də tam bərpa edə bilərik".