Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Sinaqoqa hücum edildi
dünya

Sinaqoqa hücum edildi

30-05-2025 22:00 28 Baxış
IMG

Soçidə uşaq dərnəyi məşğələsi zamanı bir cinayətkar sinaqoqa hücum edib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, naməlum şəxs sinaqoqa taksi ilə gəlib. O, bel çantasından çəkic çıxararaq mühafizəçiyə hədə-qorxu gəlməklə binaya daxil olmağa çalışıb. 

“Mühafizəçinin səylərinə baxmayaraq, naməlum şəxs çəkic və ayaq zərbələri ilə darvazanı sındıraraq həyətə daxil olub. Lakin xoşbəxtlikdən binaya daxil ola bilməyib və içəridə olan uşaqlarla müəllimlər xəsarət almayıb”, – deyə mətbuat xidməti bildirib.

Həmçinin cinayətkar baş verənləri telefonla çəkərək binanı daşqalaq edib. Şəxs saxlanılıb.

Aysel Şirinova