Vladimir Zelenski Ukraynanın iyunun sonunda Haaqada keçiriləcək Şimali Atlantika Alyansının sammitinə dəvət edildiyini iddia edir.
Tvit.az xəbər verir ki, müvafiq video Zelenskinin Telegram kanalında yayımlanıb.
"NATO-nun baş katibi ilə görüşümüz oldu. Bizi NATO sammitinə dəvət etdilər. Düşünürəm ki, bu vacibdir", - Zelenski deyib.
Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa indi həmkarları ilə birlikdə infrastruktur və Haaqadakı bu sammitin nəticələrinin nə ola biləcəyi barədə danışacaq.
Aysel Şirinova