Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial ADY nümayəndə heyəti Çində görüş keçirdi
sosial

ADY nümayəndə heyəti Çində görüş keçirdi

03-06-2025 18:00 36 Baxış
IMG

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin və Liyanyunqanq şəhərinin rəsmiləri ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görüş keçirib.

 

Tvit.az xəbər verir ki, görüşdə ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu diqqətə çatdırılıb.

 

Eyni zamanda, “Kəmər və yol” meqa layihəsinin mühüm komponentlərindən olan Liyanyunqanq şəhərində hazırda “Yeni Avrasiya Quru-Dəniz Nəqliyyat Dəhlizi”nin və Orta Dəhlizin logistika şəbəkələrinin effektiv şəkildə əlaqələndirilməsi üzrə işlərin aparıldığı bildirilib.