ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı daha çox təmkinli olub və artıq danışıqlarda irəliləyişin olmamasından narahat deyil.
Tvit.az xəbər veeir ki, bu barədə ABC telekanalı adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verir.
Jurnalistlərin fikrincə, bu, ABŞ-ın münaqişədə vasitəçiliyə yanaşmasının dəyişdiyini göstərir.
"Son danışıqlardan əvvəl də prezident Trampın sülhə doğru irəliləyişin olmaması ilə bağlı məyusluğu artırdı. Onun siyasətindən xəbərdar olan rəsmilər deyirlər ki, o, əvvəllər həm Ukraynaya , həm də Rusiyaya hücum etsə də, son günlər o, getdikcə uzaqlaşıb", - mənbələr bildiriblər