Suriyanın cənubundan Colan təpələrinə iki raket atılıb.
Tvit.az bu barədə İsrail mediasına istinadən xəbər verir.
Məlumata görə, hər iki raket açıq ərazilərə düşüb, xəsarət alan olmayıb.
Bildirilib ki, bu, 5 may 2024-cü ildən bəri Suriya ərazisindən İsrailə ilk raket hücumu və dekabrda Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk raket hücumudur