Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan yığması Gümüş Avropa Liqasında ilk matçını keçirib
idman

Azərbaycan yığması Gümüş Avropa Liqasında ilk matçını keçirib

06-06-2025 21:00 29 Baxış
IMG

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması I turu İsveçdə təşkil olunan Gümüş Avropa Liqasında ilk matçını keçirib.

 

Tvit.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç yığması ilə üz-üzə gəlib.

 

Görüş meydan sahiblərinin 3:0 (25:13, 25:20, 25:14) hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sabah Gürcüstana qarşı keçirəcək.