Azərbaycanın kişi voleybolçulardan ibarət yığması I turu İsveçdə təşkil olunan Gümüş Avropa Liqasında ilk matçını keçirib.
Tvit.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç yığması ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 3:0 (25:13, 25:20, 25:14) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sabah Gürcüstana qarşı keçirəcək.