Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah bu ərazilərdə qaz olmayacaq
sosial

Sabah bu ərazilərdə qaz olmayacaq

10-06-2025 18:00 58 Baxış
IMG

Sabah Bakının Suraxanı rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.


Bildirilib ki, Suraxanı rayonu ərazisində orta təzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması məqsədi ilə iyunun 11-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə "MİDA" yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.