Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ağdaşda 1,6 tondan artıq çətənə kolu məhv edildi
sosial

Ağdaşda 1,6 tondan artıq çətənə kolu məhv edildi

11-06-2025 13:00 69 Baxış
IMG

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mürsəl kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

"Tvit.az" xəbər verir ki, ümumi çəkisi 1 ton 640 kiloqram olan 3948 ədəd çətənə kolu yandırılaraq məhv edilib.