Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Dövlət Komissiyasının İşçi qrupu genişlənib - FƏRMAN
sosial

Dövlət Komissiyasının İşçi qrupu genişlənib - FƏRMAN

11-06-2025 16:00 45 Baxış
IMG

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun tərkibi genişlənib.

"Tvit.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanla Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərəcək.

Bu vaxta qədər sözügedən işçi qrup 8 nəfərdən ibarət olub.