Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb
sosial

Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

16-06-2025 18:00 28 Baxış
IMG

Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən "Sirius" müvəqqəti saxlama anbarında karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan avtomobil nəqliyyatı ilə göndərilmiş 20 tondan çox kartofda təhlükəli karantin obyekti - qızılı kartof nematodu (Globodera rostochiensis) aşkarlanıb.

 

Tvit.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") saytına istinadla xəbər verir.

 

Məlumata görə, son illərdə idxal olunan məhsullarda bu cür təhlükəli karantin obyektinə rast gəlinməyib.

 

Bildirilir ki, nematodun yayılmasının qarşısını almaq məqsədilə kartof partiyasının Kalininqrad vilayəti ərazisinə buraxılmasına icazə verilməyib.


Qeyd edək ki, qızılı kartof nematodu mikroskopik ölçülü qurd olub, ən təhlükəli karantin zərərvericilərindən biridir.