Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Arda Gülər ​​İspaniyada gündəm olub
idman

Arda Gülər ​​İspaniyada gündəm olub

19-06-2025 23:00 29 Baxış
IMG

"Real Madrid"də çıxış edən Arda Gülər ​​klublararası dünya çempionatında komandasının "Əl Hilal"a qarşı keçirdiyi oyundan sonra İspaniyada gündəmə çevrilib.

Tvit.az xəbər verir ki, İspaniya mətbuatı Arda Gülərin çıxışını yüksək qiymətləndirərək, 20 yaşlı ulduzun meydanda olmadığı vaxtlarda komandanın performansının aşağı olduğu bildirilib.

İspaniyanın "AS" qəzeti Arda Gülərlə bağlı fikirlərini bölüşərkən, "Arda oyuna girdikdən sonra "Real Madrid"in hücumu rəngarəngləşdi. Rəqibin qapısına təzyiq edildi və təhlükələr yarandı. İlk yarı ilə ikinci hissədə oyun arasında böyük fərq vardı. Arda Gülər ​​bu mövsüm oynamaq şansının daha çox olacağını hər kəsə göstərdi" deyib.

Aysel