"Real Madrid"də çıxış edən Arda Gülər klublararası dünya çempionatında komandasının "Əl Hilal"a qarşı keçirdiyi oyundan sonra İspaniyada gündəmə çevrilib.
Tvit.az xəbər verir ki, İspaniya mətbuatı Arda Gülərin çıxışını yüksək qiymətləndirərək, 20 yaşlı ulduzun meydanda olmadığı vaxtlarda komandanın performansının aşağı olduğu bildirilib.
İspaniyanın "AS" qəzeti Arda Gülərlə bağlı fikirlərini bölüşərkən, "Arda oyuna girdikdən sonra "Real Madrid"in hücumu rəngarəngləşdi. Rəqibin qapısına təzyiq edildi və təhlükələr yarandı. İlk yarı ilə ikinci hissədə oyun arasında böyük fərq vardı. Arda Gülər bu mövsüm oynamaq şansının daha çox olacağını hər kəsə göstərdi" deyib.
Aysel