Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial 22 qazaxıstanlı İrandan Azərbaycan vasitəsilə təxliyə edildi
sosial

22 qazaxıstanlı İrandan Azərbaycan vasitəsilə təxliyə edildi

20-06-2025 18:00 27 Baxış
IMG

İran-İsrail münaqişəsinin gərginləşməsindən bəri İrandan 187 Qazaxıstan vətəndaşı təxliyə edilib, onlardan 22 nəfəri ölkəni Azərbaycan vasitəsilə tərk edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Report-a Qazaxıstan XİN-dən bildirilib.

 


"Qazaxıstan öz vətəndaşlarını İsrail və İrandan təxliyə etməyə davam edir. Koordinasiya edilmiş tədbirlər çərçivəsində İrandan indiyədək 187 Qazaxıstan vətəndaşı təxliyə edilib. Bundan başqa, Azərbaycan ərazisi ilə 22 qazaxıstanlı, o cümlədən bu gün iki nəfər təxliyə edilib", - qurumdan dəqiqləşdiriblər.

 

İsraildən Misir vasitəsilə 66 qazaxıstanlı təxliyə edilib.

 

"Qazaxıstanın İran və İsraildəki diplomatları öz vətəndaşlarına zəruri konsulluq və hüquqi yardımın göstərilməsi istiqamətində işi davam etdirirlər", - qurumdan əlavə ediblər.


XİN Qazaxıstan vətəndaşlarının təxliyəsində göstərdikləri köməyə görə Azərbaycan, İran və digər ölkələrdəki həmkarlarına bir daha təşəkkür edib.