Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İsveçrə diplomatlarını İrandan Bakıya təxliyə etdi
sosial

İsveçrə diplomatlarını İrandan Bakıya təxliyə etdi

20-06-2025 21:00 26 Baxış
IMG

İsveçrə İrandakı səfirliyinin fəaliyyətini dayandırdığını açıqlayıb.

 

Tvit.az swissinfo.ch-yə istinadən xəbər verir ki, bu barədə məlumatı İsveçrə Xarici İşlər Nazirliyi yayıb.

 

Məlumata görə, bu qərar intensiv hərbi əməliyyatlar və İranda mövcud qeyri-sabit vəziyyətlə bağlıdır.

 

Nazirlik həmçinin qeyd edib ki, diplomatik nümayəndəliyin bütün əməkdaşları Tehrandan təxliyə ediliblər:

 

"Bütün səfirliyin əməkdaşları İrandan təxliyə ediliblər. Onlar yalnız vəziyyət sabitləşdiyi təqdirdə İran ərazisinə qayıdacaqlar. Biz vəziyyəti sabitləşdirmək üçün tərəfləri dialoqa çağırırıq", - deyə məlumatda bildirilir.

 

İsveçrənin xarici işlər naziri İqnasio Kassis bildirib ki, səfirlə birlikdə əməkdaşların bir qismi bir müddət əvvəl Tehranı tərk edərək Azərbaycana gəliblər.

 

"Onlardan sonra daha bir qrup Bakıya təxliyə edilib. Həmin şəxslərin tezliklə İsveçrəyə gedəcəyi gözlənilir", - diplomat qeyd edib.