Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
sosial

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

23-06-2025 17:00 22 Baxış
IMG

İsrail-İran münaqişəsinin 11-ci günündə də “Astara” dövlət sərhədinin buraxılış məntəqəsindən xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam edir.

 

Tvit.az xəbər verir ki, “Astara” dövlət sərhədinin buraxılış məntəqəsi ilə xarici ölkə vətəndaşlarının əvvəlki günlərdəki kimi təxliyəsi davam edir.

 

Bu gün ərzində təxliyə edilənlər əsasən ABŞ, Britaniya, Kanada, Belçika, Portuqaliya, Xorvatiya, Çin, Pakistan, Şri-Lankadan olan vətəndaşlardır. Azərbaycan ərazisindən tranzit yolla gələnlərin rahat keçidi üçün şərait yaradılıb, zəruri tibbi yardıma ehtiyacı olanlara xidmət göstərilib, çay süfrəsinə dəvət olunublar.

 

Rəsmi gömrük prosedurlardan sonra xarici vətəndaşlar onlar üçün ayrılan xüsusi avtobuslarla yola salınıblar.

 

Xarici vətəndaşlar yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.