Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qarabağda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı açıqlanıb
sosial

Qarabağda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı açıqlanıb

25-06-2025 10:00 28 Baxış
IMG

Qarabağda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı açıqlanıb.

 

Tvit.az-ın məlumatına görə, elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Mirasa Sahiblik: Qayıdış konsepsiyasının təbliğində müəllimlərin rolu” adlı tədbirdə çıxışı zamanı bildirib ki, təhsil Qarabağa geri qayıdır.

 

Onun sözlərinə görə, hazırda Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir:

 

"Artıq Qarabağ Universitetində 1 000-dən çox tələbə təhsil alır. 44 günlük Vətən müharibəsində biz Qələbə qazandıq, torpaqlarımız geri qayıtdı, quruculuq işləri başladı. Bütün bunlar Qayıdış konsepsiyamızı zəruri etdi. Biz xalq olaraq tarixdən dərs çıxarmalıyıq".

 

Nazir əlavə edib ki, gənclər dünyada baş verən hər bir dəyişiklik üçün hazır yetişdirilməlidir:

 

"Gənclər ilk növbədə vətənpərvər olmalıdır. Bu da təhsildən çox asılıdır. Təbii ki, bu məsələdə ailə faktoru da mühüm rol oynayır. Müəllimlərin də töhfəsi çox faydalı olmalıdır ki, gənclər vətənpərvər olsun. Onlar Azərbaycan, eləcə də Qərbi Azərbaycan tarixini yaxşı bilməlidir".