İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu bir ildir araşdırılan diplomatik pasport işi ilə bağlı polis müstəntiqlərinə ifadə vermək üçün çağırılıb.
Tvit.az İsrail mediasına istinadən xəbər verir ki, Polisin Lahav 433-cü böyük cinayətlər bölməsinin rəhbərlik etdiyi təhqiqat Xarici İşlər Nazirliyi tərəfindən hakim Likud partiyasının bir neçə tanınmış üzvlərinə diplomatik pasportların qeyri-qanuni şəkildə verilməsini və onları almaq meyarlarına cavab verməyən Yair Netanyahunun işinə baxır. Qeyd edilib ki, baş nazirin Floridada yaşayan oğlu bu işdə şübhəli deyil, lakin o, hazırda ölkədə olduğu üçün yaxın günlərdə ifadə verəcək.