Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi
sosial

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi

07-07-2025 19:00 29 Baxış
IMG

Azərbaycan Ordusunun 2025-ci tədris ilinin hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.

 

Bu barədə Tvit.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Yarışa cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar. Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda mübarizə aparıblar.

 

Səmti müəyyənetmə yarışında ümumilikdə 7 komanda üzrə 28 hərbi qulluqçu iştirak edib.


Yekun nəticələrə əsasən, qalib komandalara və yüksək nəticə göstərərək fərdi birincilikdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim olunub.