Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Paraşütlə qayaya çırpılan Nuranənin ölümü ilə bağlı araşdırma başladı
sosial

Paraşütlə qayaya çırpılan Nuranənin ölümü ilə bağlı araşdırma başladı

08-07-2025 11:00 35 Baxış
IMG

İyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

"Tvit.az" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.