Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Demokratik mətbuatın sürətli inkişafı Ümummilli Liderin adı ilə bağlıdır" - Əhməd İsmayılov
sosial

"Demokratik mətbuatın sürətli inkişafı Ümummilli Liderin adı ilə bağlıdır" - Əhməd İsmayılov

08-07-2025 11:00 34 Baxış
IMG

Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan mükəmməl media prinsipləri bu gün də dövlətin informasiya siyasətinin məzmununda öz əksini tapmış və aktuallığını qoruyub saxlamaqdadır. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranıb.

"Tvit.az" xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov iyulun 8-də keçirilən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 1993-cü ildə ümumxalq tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb. Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv olunub, bununla da mətbuata tətbiq edilən senzura aradan qaldırılıb, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılıb.

Ə.İsmayılov qeyd edib ki, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.