Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Cəlilabadda meşədə yanğın: Helikopterlər cəlb edildi
sosial

Cəlilabadda meşədə yanğın: Helikopterlər cəlb edildi

15-07-2025 19:00 39 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Tvit.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.