Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə ölkənin media sahəsində fəaliyyət göstərən bir qrup jurnalisti təltif edib.
Tvit.az xəbər verir ki, təltif olunanlar arasında Teleqraf Media Qrupunun 5 əməkdaşı da var.
Teleqraf İnformasiya Agentliyi“nin baş redaktoru Nərgiz Ehlam qızı Cavadzadə "Tərəqqi" medalı ilə, agentliyin baş direktoru İmdad Əli oğlu Əlizadə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.