Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir
sosial

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

21-07-2025 22:00 29 Baxış
IMG

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, Vnukova hava limanından Gəncə Beynəlxalq Hava Limanına sərnişin reysi həyata keçirməli olan “UTAİR” aviaşirkətinə məxsus olan təyyarə hələ də naməlum səbəblərdən havaya qalxa bilməyib.

 

Halbuki, bu gün Moskvanın digər hava limanından “AZAL”a məxsus təyyarənin Gəncə Beynəlxalq Hava Limanına uçuşu reallaşıb.

 

“Vnukovo” hava limanında bir sutkadan artıqdır gözləməkdə olan sərnişinlərin yaxınlarının bildirdiyinə görə, guya Moskva səmasında Ukrayna tərəfindən dron hücumları təhlükəsi səbəbindən “UTAİR” aviaşirkətinə məxsus təyyarənin hərəkət etməsi yubanır. Həmin reysin uçuş saatı hələ də dəqiq deyil.