"İran rəhbərliyi öz xalqı üçün sülh və firavanlıq yolunu seçmək imkanına malikdir. Biz həmçinin iranlılarla birbaşa dialoqa hazırıq", - deyə o, bildirib.
Bununla yanaşı, daha əvvəl Amerika lideri Donald Tramp bildirmişdi ki, Birləşmiş Ştatlar İranın nüvə obyektlərinə yenidən zərbə endirməyə hazırdır.
İranın xarici işlər naziri Abbas Araqçı isə öz növbəsində əmin edib ki, Tehran hələ İran nüvə proqramı ilə bağlı Vaşinqtonla birbaşa müzakirələrə hazır deyil.