Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.
Bu barədə Tvit.az-a nazirlikdən bildirilib.
Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 330 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iki üç bankında 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.