Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial AQTA-dan qarpız və yemişlə bağlı açıqlama
sosial

AQTA-dan qarpız və yemişlə bağlı açıqlama

01-08-2025 18:00 44 Baxış
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yay aylarında əhalinin geniş şəkildə istehlak etdiyi qarpız və yemiş məhsulları üzrə monitorinqlər keçirib.

 

Bu barədə Tvit.az-a agentlikdən bildirilib.

 

Məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

 

Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.

 

Qeyd edək ki, son zamanlarda sosial şəbəkələrdə qarpız və yemiş məhsullarında bakteriyaların olduğu barədə məlumatlar yayılıb.