Bu yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 789 milyon 356 min 900 manat təşkil edib.
Bu barədə Tvit.az-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % çoxdur.
Ticarət şəbəkəsində 405 milyon 729 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 383 milyon 627 min 500 manatlıq qeyri-qida məhsulları satılıb.