Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Gürcüstandan daha 48 qanunsuz miqrant deportasiya edilib - Azərbaycan vətəndaşları da var
dünya

Gürcüstandan daha 48 qanunsuz miqrant deportasiya edilib - Azərbaycan vətəndaşları da var

23-10-2026 12:00 16 Views
IMG

Gürcüstandan qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində daha 48 əcnəbi deportasiya edilib.

 

Tvit.az-ın Sputnik Gürcüstana istinadla məlumatına görə, deportasiya olunanlar arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları da var.

Ölkədən deportasiya edilən əcnəbilərin Gürcüstana girişinə 2 ildən 5 ilədək qadağa qoyulur.

Bildirilib ki, bu məhdudiyyət ölkəni könüllü şəkildə tərk edən şəxslərə şamil edilmir.

 

Aysel Şirinova, 

Tvit.az