Gürcüstandan qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində daha 48 əcnəbi deportasiya edilib.
Tvit.az-ın Sputnik Gürcüstana istinadla məlumatına görə, deportasiya olunanlar arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları da var.
Ölkədən deportasiya edilən əcnəbilərin Gürcüstana girişinə 2 ildən 5 ilədək qadağa qoyulur.
Bildirilib ki, bu məhdudiyyət ölkəni könüllü şəkildə tərk edən şəxslərə şamil edilmir.
Aysel Şirinova,
Tvit.az