Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində QAZ OLMAYACAQ
sosial

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində QAZ OLMAYACAQ

18-08-2025 19:00 18 Просмотров
IMG

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin "Qaz İxrac" İdarəsi tərəfindən "30-cu sahə" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

 

Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti fasilə yaranacaq.