Tramp ABŞ müdafiə nazirliyinin adını 0müharibə departamenti olaraq dəyişdirməyi düşündüyünü açıqlayıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Biz bunu müdafiə nazirliyi adlandırırıq, lakin yəqin ki, adını dəyişəcəyik. Düşünürəm ki, bu barədə tezliklə sizə məlumat verəcəyik. Birinci və İkinci Dünya Müharibəsi zamanı o, müharibə departamenti adlanırdı”,- deyə Tramp bildirib.
Elmin Alışov