Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
СПОРТ

Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb

28-10-2026 08:00 14 Просмотров
IMG

Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Flitvud"a məğlub olaraq turnirlə vidalaşıb.

 

Tvit.az xəbər verir ki, "Flitvud"un meydanında keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə meydan sahibləri 5:3 hesabı ilə qalib gəliblər.

 

Matçda hesabı 21-ci dəqiqədə "Flitvud"un ingiltərəli hücumçusu Aaron Lupalou-Bi açıb. "Arsenal"ın isveçli forvardı Viktor Dyökeres isə 50-ci dəqiqədə tarazlığı bərpa edib.

 

Beləliklə, İngiltərə futbolunun dördüncü divizionunda çıxış edən "Flitvud" turnirin 1/4 finalına yüksəlib. Komandanın növbəti rəqibi püşkatmadan sonra müəyyənləşəcək.

 

Qeyd edək ki, "Arsenal" İngiltərənin hazırkı çempionudur.