Qazaxıstanda 1 milyard dollarlıq onlayn-kazino sxemi ifşa edilib.
Tvit.az xəbər verir ki, bunu Maliyyə Monitorinqi Agentliyi açıqlayıb.
Məlumata görə, bu sxemdə Qazaxıstan, Rusiya, Belarus, İspaniya və Vyetnam vətəndaşları, eləcə də Ukrayna vətəndaşları daxil olmaqla 120-dən çox şəxs çalışıb.
20-dən çox ödəniş təşkilatı və kommersiya banklarının əməkdaşları prosesə cəlb olunub.
Artıq doqquz nəfər saxlanılıb.
Hazırda daha səkkiz nəfərin, o cümlədən xarici vətəndaşların beynəlxalq axtarışa verilməsi üçün materiallar hazırlanır.
Aysel Şirinova